DİN-dən yenilik: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

DİN-dən yenilik: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
SOSİAL
16:12 01.08.2025
574
Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir. Artıq bu yeniliklər sayəsində işğaldan azad olunan bölgələrə səfərlərdə icazə prosesi daha sürətli və rahat təşkil olunur.

DİN Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, mobil tətbiqə yeni əlavə edilən funksiya vasitəsilə Qarabağa getmək üçün icazəni elektron qaydada ala bilərsiniz. Bunun üçün tətbiqə daxil olub ana səhifədəki "Qarabağa icazə” və ya "Xidmətlər” siyahısından "İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” xanasını seçirsiniz.

Açılan pəncərədə "Müraciət et” düyməsini sıxdıqdan sonra bildirişlərin sizə vaxtında çatması üçün əlaqə vasitələrinizi daxil edirsiniz. Növbəti mərhələdə səfər etmək istədiyiniz əraziləri və tarixləri seçirsiniz. Nəzərə alın ki, icazə maksimum 5 gün müddətinə verilir.

Səfər zamanı istifadə edəcəyiniz avtomobilin dövlət qeydiyyat və şəhadətnamə nömrələri tətbiqə daxil edildikdən sonra nəqliyyat vasitənizdəki oturacaq yerindən asılı olaraq maksimum 9 nəfərin getməsinə icazə veriləcək. 

Onu da nəzərinizə çatdıraq ki, sərnişinlər həm yerli, həm də müvafiq sənədləri olan əcnəbi vətəndaşlar ola bilərlər. Ən sonda məlumatları yoxlayıb "Təsdiqlə” düyməsini sıxmaqla müraciətinizi tamamlaya bilərsiniz. Bildirişlər şəxsi elektron kabinetiniz varsa birbaşa ora, yoxdursa SMS vasitəsilə mobil nömrənizə göndəriləcək.

E-polis tətbiqinin günü-gündən yenilənən funksiyalarından faydalanın, yolunuz açıq və təhlükəsiz olsun.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
10:36 29.10.2026
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
10:34 29.10.2026
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
10:30 29.10.2026
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
10:27 29.10.2026
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
10:26 29.10.2026
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
10:24 29.10.2026
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər
10:23 29.10.2026
Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər
Azərbaycanda yeni ombudsman seçiləcək
10:19 29.10.2026
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
09:57 29.10.2026
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT
09:43 29.10.2026
Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT
Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı
09:36 29.10.2026
Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
09:30 29.10.2026
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
09:28 29.10.2026
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
09:15 29.10.2026
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
09:13 29.10.2026
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
09:11 29.10.2026
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi