DİN: Fəvvarələr Meydanında ictimai asayişin qorunması məqsədilə tədbirlər görüləcək

DİN: Fəvvarələr Meydanında ictimai asayişin qorunması məqsədilə tədbirlər görüləcək
SOSİAL
21:50 13.12.2021
270
Sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edirlər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, buna münasibət bildirən DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar:
 
"Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir."
OXŞAR XƏBƏRLƏR