DİN final oyunu ilə bağlı müraciət yaydı

DİN final oyunu ilə bağlı müraciət yaydı
SOSİAL
12:44 29.05.2019
3626
Daxili İşlər Nazirliyi bu gün baş tutacaq final oyunu ilə bağlı vətəndaşlara və turistlərə müraciət edib.

AZXEBER.COM-a daxil olan müraciətdə qeyd olunub ki, futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Nazirliyin şəxsi heyəti mayın 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bu müddət ərzində ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılan "Fanzone”da, habelə "Sahil” bağı və "Qış Parkı”nda təşkil edilən əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi xidmətə cəlb edilən polis əməkdaşları tərəfindən yüksək səviyyədə təmin edilir. Hər hansı bir təxribatın və qanunazidd hərəkətlərin qarşısını əvvəlcədən almaq üçün qeyd edilən ərazilərə daxil olan hər bir şəxs polis postlarında ciddi yoxlamadan keçirilir. Həmçinin "FAN” zonaya dəniz istiqamətindən kənar müdaxilənin qarşısını almaq məqsədi ilə polis patrul kateri sutkalıq xidmətə cəlb edilib.

Qeyd edək ki, final oyununa qədər "Çelsi” və "Arsenal” komandalarının təlim-məşq bazalarına təhlükəsiz şəraitdə hərəkət etmələri, habelə şəhərdə nəqliyyatın düzgün nizamlanması üçün əlavə yol–patrul naryadları xidmətə cəlb ediliblər. Bununla yanaşı gələn qonaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində qarşılanması, onların təhlükəsiz şəraitdə qaldıqları ünvanlara çatdırılmaları üçün polis postları yaradılıb. Respublika ərazisində strateji əhəmiyyətli obyektlərdə, o cümlədən xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndirilib.

Yerli azərkeşlərin stadiona daşınması üçün metronun "Qara Qarayev” və "28 May” metrostansiyalarının qarşısında yaradılan avtodayanacaqlarda təhlükəsizliyin təmin edilməsi məqsədilə həmin yerlərdə polis əməkdaşları xidmətə cəlb edilib.  

Oyun günü xarici azərkeşlərin stadiona təyin olunmuş yerlərdən daxil olmaları və onlar üçün ayrılmış sektorlarda yerləşdirilməsini təmin etmək üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Vətəndaşlardan və şəhərimizin qonaqlarından UEFA Avropa Liqasının finalına qədər və oyunu başa çatandan sonra "FAN” klub, habelə digər əyləncə məkanlarında, oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunun ərazisində polisin hüquqazidd halların qarşını almaq üçün verdiyi qanuni əmr və göstərişlərinə əməl etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
15:45 15.07.2026
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
15:32 15.07.2026
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
15:19 15.07.2026
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
15:15 15.07.2026
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
15:13 15.07.2026
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
14:48 15.07.2026
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
13:52 15.07.2026
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
13:35 15.07.2026
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
13:31 15.07.2026
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
13:19 15.07.2026
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
13:06 15.07.2026
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
13:01 15.07.2026
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI