DİN gəncin itə işgəncə verməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirdi

DİN gəncin itə işgəncə verməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirdi
SOSİAL
15:39 31.03.2022
270
Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın itə işgəncə verməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidovun "report"a verdiyi məlumata görə, nazirlik görüntülərdən məlumatlıdır.

O deyib ki, polis əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, gənc oğlanın itə işgəncə verməsi ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Paylaşımlarda hadisənin Sabirabad rayonunda baş verdiyi iddia edilir.
OXŞAR XƏBƏRLƏR