DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsi bu şəxsə tapşırıldı

DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsi bu şəxsə tapşırıldı
SOSİAL
10:59 25.01.2017
855

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası Ehsan Zahidova tapşırılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.

OXŞAR XƏBƏRLƏR