DİN kollegiya iclası keçirdi

DİN kollegiya iclası keçirdi
MARAQLI
20:10 12.10.2011
1483

Bu gün Daxili İşlər Nazirliyində "Cinayət işlərinin istintaqı və təhqiqat zamanı qanunçuluğa riayət edilməsi, vətəndaşların şikayətlərini doğuran səbəb və amillərin aradan qaldırılması" və "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi" üzrə görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib və qeyd edib ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmini, ölkədə əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından əhəmiyyətli olmaqla bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir. O deyib ki, daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə və cinayət-mühakimə icraatının həyata keçirilməsi üzrə funksiyalarının icrasında başlıca rolu olan istintaq və təhqiqat aparatlarının işinin daha da təkmilləşdirilməsinə böyük önəm verilərək bu mühüm sahədə son illər bir sıra təşkilati tədbirlər həyata keçirilib. Həssas yanaşma tələb edən bu məsələ, xüsusən, istintaq qurumlarında vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti cari ilin iyun ayında naziryanı əməliyyat müşavirəsində müzakirə olunmuş, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. Qeyd olunub ki, təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi cinayət-mühakimə icraatının cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları tam və hərtərəfli araşdırmaq kimi vəzifələrinin həllində, habelə insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının müdafiə olunmasında müstəsna əhəmiyyət kəsb edir. Məhz bu baxımdan göstərilən sahədə həyata keçirilən tədbirlər nazirliyin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. R. Usubov xatırladıb ki, müvafiq məsələlər əməliyyat-xidməti fəaliyyətin bu mühüm istiqamətlərində əldə edilmiş uğurların inkişaf etdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə Kollegiya iclasının gündəliyinə çıxarılıb. Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev gündəlikdəki birinci məsələ ilə əlaqədar məruzə ilə çıxış edərək bildirib ki, son illər ərzində istintaq və təhqiqat qurumlarının fəaliyyətinə nəzarət gücləndirilib, yerlərdə seminar-müşavirələr keçirilərək istintaq və təhqiqatın düzgün təşkil olunması, əməkdaşların peşə hazırlığının artırılması üçün zəruri tədbirlər həyata keçirilib, habelə bir sıra ərazi polis orqanlarının istintaq qurumlarına əməli köməklik göstərilib. Bildirilib ki, 2010-cu ildə və cari ilin birinci yarısında DİN rəhbərliyinin nəzarətində olan 1785 müraciətə baxılıb, Baş İdarənin rəhbərliyi tərəfindən 1147 müraciət nəzarətə götürülüb, 726 vətəndaş qəbul edilərək qaldırılan məsələlərin həlli, şikayəti doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. Ötən bir il yarım müddətində daxili işlər orqanlarının müstəntiqləri tərəfindən cinayət işlərinin istintaqı zamanı əvvəllər qeydə alınmamış 115 cinayət faktı aşkar edilib uçota qoyulub, keçmiş illərdən bağlı qalan 30 cinayətin istintaq yolu ilə açılması təmin edilib. Ümumilikdə, göstərilən müddətdə müstəntiqlərinin icraatında olmuş cinayət işlərindən 49 faizinin istintaqı tamamlanaraq 87 faizi ittiham aktı ilə məhkəməyə göndərilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə müəyyən edilmiş ziyanın 68 faizinin ödətdirilməsi təmin edilib. Gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edən Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Arzu Daşdəmirov deyib ki, 2011-ci ilin 8 ayında daxili işlər orqanları tərəfindən axtarılan 1286, o cümlədən xarici dövlətlərdə gizlənmiş 54, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 65 nəfər tutulub. Ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların 22,1 faizi yaxalanaraq istintaq və məhkəmə orqanlarına təhvil verilib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 54, İnterpola üzv ölkələr tərəfindən axtarılan 25 nəfərin yeri müəyyən edilib. Əməliyyat-xidməti fəaliyyətin müvafiq istiqaməti üzrə funksiyaları effektli yerinə yetirməyə imkan verən yeni iş metodlarının, habelə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də məqsədyönlü iş aparılıb. Vahid məlumat-axtarış sisteminin imkanları ilə axtarışda olan cinayətkarlar haqqında minlərlə sorğu cavablandırılmış, yüzlərlə axtarılan şəxs müəyyən edilib. Bildirilib ki, daxili işlər orqanlarının qanunla müəyyən edilmiş vəzifələrindən biri də itkin düşmüş şəxslərin axtarışının təşkili və həyata keçirilməsidir. Bu ilin 8 ayında axtarılan itkin düşmüş şəxslərin 58,9 faizinin yeri müəyyən olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə itkin düşənlərin sayı 4,3 faiz azalıb. Bununla bilavasitə bağlı olan əsas məsələlərdən biri də üzərində zorakılıq əlamətləri olmayan naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsidir. Hesabat dövründə 7 naməlum meyitin şəxsiyyəti müəyyən edilib. Müzakirələrdə çıxış edənlər görülmüş işlər, nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması yolları və qarşıda duran vəzifələr barədə məruzə ediblər. İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki məsələlər üzrə polis orqanları tərəfindən görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, lakin bu istiqamətlərdə xidməti fəaliyyətdə müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək aidiyyəti baş idarə, idarə və ərazi polis orqanlarının rəhbərlərindən onların qısa müddətdə aradan qaldırılmasını tələb etmiş, konkret tapşırıq və tövsiyələrini verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
11:14 10.05.2025
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
Ceyhun Mirzəyevin qızının SON HALI
11:09 10.05.2025
Ceyhun Mirzəyevin qızının SON HALI
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
11:00 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
10:46 10.05.2025
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
10:31 10.05.2025
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
Ağdaşda bir nəfər kanalda batıb
10:16 10.05.2025
Ağdaşda bir nəfər kanalda batıb
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
23:45 09.05.2025
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
23:38 09.05.2025
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb