DİN kürəkənini öldürən kişi barədə məlumat yaydı

KRİMİNAL
15:13 09.04.2014
2085

Ürək nahiyyəsindən ağır bıçaq xəsarətləri alan Araz Ağayevin həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyi Gəncədə qayınatanın kürəkəni öldürmə barədə məlumat yayıb. AZXEBER.COM nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ceyhyn Kərimov münaqişə zəminində qohumu, Ağdaş rayon sakini Araz Ağayevi bıçaqlayıb. Ürək nahiyyəsindən ağır bıçaq xəsarətləri alan Araz Ağayevin həyatını xilas etmək mümkün olmayıb. Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Kərimov tutulub. Kürəkənini öldürən qayınatanı polis saxlayıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR