DİN Lerikdəki hadisə ilə bağlı məlumat yaydı

DİN Lerikdəki hadisə ilə bağlı məlumat yaydı
SOSİAL
12:28 05.07.2017
940

 

Daxili İşlər Nazirliyi Lerik rayonunda meşə təsərrüfatı işçilərinin üzləşdiyi hadisə ilə bağlı məlumat yayıb. 

 

AZXEBER.COM nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 2-nə keçən gecə Lerik rayonunun Gəgiran kəndinin meşə zolağında 3 naməlum şəxs xuliqanlıq zəminində Lerik rayon meşə mühafizəsi və bərpası müəssisəsinin müdiri Eyvaz Babayevə və gözətçi Adıgözəl Cavadova dəmir parçası ilə xəsarət yetiriblər.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Rövşən Novruzov, qardaşı İdris və onun oğlu Aqil tutulublar.

OXŞAR XƏBƏRLƏR