DİN Lerikdəki yeniyetmə qızın zorlanması xəbərinə MÜNASİBƏT BİLDİRDİ

DİN Lerikdəki yeniyetmə qızın zorlanması xəbərinə MÜNASİBƏT BİLDİRDİ
SOSİAL
17:06 20.06.2018
6931

Daxili İşlər Nazirliyi Lerikdə yeniyetmə qızın zorlanması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansuzadə APA-nın sorğusuna cavabında bildirib ki, yeniyetmə qızın təcavüzə məruz qalması barədə Lerik rayon Polis Şöbəsinə, eləcə də nazirliyin digər aidiyyəti sutrukturlarına hər hansı məlumat və müraciət daxil olmayıb: "Yeniyetməyə qarşı zorakılıq etməkdə adı hallanan şəxsin evinə hücum olması barədə yayılan məlumatlar da həqiqətdən uzaqdır və bu iddialar təxribat xarakterli dezinformaisyalardır".

 

Qeyd edək ki, bəzi KİV-də Lerikdə 7-ci sinif şagirdinin zorlandığı barədə məlumatlar yayılıb. 

OXŞAR XƏBƏRLƏR