DİN məktəb məzunlarına və valideynlərə müraciət etdi

DİN məktəb məzunlarına və valideynlərə müraciət etdi
SOSİAL
12:49 14.06.2021
451
Daxili İşlər Nazirliyi (DİN) məktəb məzunlarına və valideynlərə müraciət edib.

DİN-in Mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan müraciətdə deyilir:

"Hörmətli valideynlər!

Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

Hörmətli məzunlar!

Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".

OXŞAR XƏBƏRLƏR