DİN müxalifətin iddialarına cavab verdi

DİN müxalifətin iddialarına cavab verdi
Siyasət
15:56 11.04.2020
2134

"Müxalifətdə olan bəzi şəxslər iddia edirlər ki, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimindən sui-istifadə edən polis, cəbhəçiləri, müxalifətçiləri və azad media nümayəndələrini müxtəlif bəhanələrlə həbs edir."

Bunu AZXEBER.COM-a açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O, səsləndirilən iddiaların qərəzli və şantaj olduğunu bildirib:

"İlk növbədə deyim ki, belə iddialarla çıxış edənlər müxalifət nümayəndələri deyil, pozuculuqla, çaşqınlıq yaratmaqla məşğul olan bir qrup şəxsdir ki, bəziləri ölkənin daxilində, bəziləri isə xaricindədir. Onların məqsədi, niyyəti xüsusi karantin rejimi dövründə ictimaiyyətdə çaşqınlıq, vahimə xofu, təşviş yaratmaq, ən əsası da dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirləri gözdən salmağa cəhddən başqa bir şey deyil. Nə demələrindən asılı olmayaraq dövlət öz vətəndaşının yanındadır, onun sağlamlığının keşiyindədir. O ki, qaldı karantin rejiminə nəzarəti həyata keçirən DİN-in əməkdaşlarının və hərbi qulluqçularının guya bu vəziyyətdən istifadə edərək həmin pozuculara yaxın olan şəxsləri "ovlamaq”larına, bu tamamilə qərəz və şantajdır. Təsəvvür edin ki, təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibari qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülüb.

Sual olunur, karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada həbs edilmiş 154, barələrində digər tənbeh tədbirləri görülmüş 33 min şəxsdən neçəsi bunların "adamları” olub? Qoy olsun 3 nəfər, 5 nəfər. Bəs qalanları kimdir?

Siyasi baxışlarından, partiya mənsubluğundan asılı olmayaraq onların hamısı bizim vətəndaşlardır. Karantin rejimini pozan şəxsin hansı peşə sahibi olmasının, hansı siyasi partiyanın üzvü olmasının öz şəxsi sağlamlığını risqə qoyaraq nəzarəti həyata keçirən polis əməkdaşı üçün heç bir fərqi yoxdur və o, bunu heç ondan soruşmur da.

Mən əminəm ki, pozucu qrup məkrli planına uyğun olaraq, özünün 3-5 nəfər təəssübkeşi qəsdən qaydaları pozur və buna görə də barələrində tam qanuni inzibati cəza tədbiri görülür və onlar da bundan istifadə edərək hakimiyyətə, polisə qarşı qarayaxma kampaniyası aparırlar. Deməli, xüsusi karantin rejimindən polis deyil, məhz polisi günahlandıran həmin qaragüruh sui-istifadə edir.

Bir daha vurğulayıram ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib