DİN Penitensiar Xidmətlə birgə əməliyyat keçirdi - 1,6 kq heroin götürüldü

DİN Penitensiar Xidmətlə birgə əməliyyat keçirdi - 1,6 kq heroin götürüldü
KRİMİNAL
14:45 24.09.2024
717
Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidməti birgə əməliyyat keçirib, 1,6 kq narkotik maddə götürülüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Cahid Mikayıl oğlu Novruzova məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR