DİN saytlarında yaranan problemlə bağlı açıqlama yaydı

DİN saytlarında yaranan problemlə bağlı açıqlama yaydı
SOSİAL
15:45 03.05.2018
3010

Daxili İşlər Nazirliyi (DİN) "E-payment.mia.gov.az” və "E-xidmet.mia.gov.az” veb səhifələrinə daxil olmaqda yaranmış problemlə bağlı açıqlama yayıb.

AZXEBER.COM xəbər verir ki, nazirlikdən problemin "Google Chrome” brauzerindən qaynaqlandığını bildirilib:

"Bu, DİN-in göstərdiyi xidmətlərin texniki nasazlığı ilə bağlı deyil.  "Google Chrome” brauzeri 66-cı versiyadan başlayaraq "Symantec” şirkətinə məxsus və 2016-cı il iyun ayının 1-dən etibarən verilmiş təhlükəsizlik sertifikatlarını tanımayacağını bəyan edib.

 

​"E-payment.mia.gov.az” və "e-xidmet.mia.gov.az” veb səhifələrində istifadə olunan təhlükəsizlik sertifikatı da yuxarıda adıçəkilən şirkətə məxsusdur.

​Buna görə də, problem yalnız "Google Chrome”u ən son – 66-cı versiyasından istifadə edənlərdə yaranıb. Bununla bağlı texniki işlər davam etdirilir. Ən qısa zamanda xidmətlərin fəaliyyəti yenidən bərpa olunacaq. Digər brazuerlərdən, həmçinin mobil telefonlar vasitəsilə qeyd edilən səhifələrə daxil olmaq mümkündür”. 

OXŞAR XƏBƏRLƏR