DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirdi - Natiq Zeynalov saxlanıldı

DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirdi - Natiq Zeynalov saxlanıldı
KRİMİNAL
15:29 13.10.2023
1100
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Penitensiar Xidmətdən Sfera.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz  narkotik dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin oğlu Zeynalov Bakı İstintaq Təcridxanasının qarşısında saxlanılıb.

O, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.
OXŞAR XƏBƏRLƏR