DİN: Zəlzələ zamanı dağıntı, tələfatla bağlı hər hansı məlumat yoxdur

DİN: Zəlzələ zamanı dağıntı, tələfatla bağlı hər hansı məlumat yoxdur
SOSİAL
01:11 04.07.2023
277
Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, tələfatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə AZXEBER.COM-a DİN-in mətbuat xidmətindən bildirilib.

"DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir", - nazirlikdən qeyd edilib.
OXŞAR XƏBƏRLƏR