''Dinamo'' və ''Real'' uduzdu, ''Zenit'' qələbə qazandı

İDMAN
08:50 25.10.2012
1074

Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində III turun növbəti oyunları keçirilib.

AZXEBER.COM-un məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma baş tutub.

A qrupunun lideri "Porto" (Portuqaliya) klubu doğma meydanda Kiyev "Dinamo"sunu qəbul edib və çətin qələbə qazanıb - 3:2. Digər oyunda Zaqreb "Dinamo"su Fransanın PSJ klubunu sınağa çəkib və 0:2 hesabı ilə uduzub.

B qrupunda son Fransa çempionu "Monpelye" klubu evdə "Olimpiakos" (Yunanıstan) komandası ilə qarşılaşıb və meydanı xalsız tərk edib - 1:2. Lider "Arsenal" doğma azarkeşləri önündə Almaniya "Şalke"si ilə üz-üzə gəlib. "Topçular" "Şalke"yə müqavimət göstərə bilməyib - 0:2.

C qrupunun ilk matçı Rusiyada keçirilib. Burada yerli "Zenit" komandası Belçika "Anderlext"i ilə qarşılaşıb və rəqibini tək qolla keçib. İtaliya nəhəngi "Milan" klubu bu tur səfərdə "Malaqa"nın qonağı olub və minimal hesabla uduzub - 0:1.

D qrupunda son İngiltərə çempionu "Mançester Siti" Hollandiyaya səfər edib. "Şəhərlilər" burada "Ayaks" klubu ilə münasibətlərinə aydınlıq gətiriblər. Görüş 3:1 hesabı ilə "Ayaks"ın xeyrinə başa çatıb.Günün mərkəzi qarşılaşması Almaniyada baş tutub. Burada "Borussiya" (Dortmund) klubu Madrid "Real"ını sınağa çəkib və 2:1 hesabı ilə qələbə qazanıb.

OXŞAR XƏBƏRLƏR