"Dinamo"nun baş məşqçisi: "Emrelini tezliklə meydanda görə bilərik"

"Dinamo"nun baş məşqçisi: "Emrelini tezliklə meydanda görə bilərik"
İDMAN
17:24 04.08.2022
267
"Emrelini tezliklə meydanda görə bilərik".

Bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Ante Çaçiç əvvəlki zədəsini yeniləyən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumu barədə yerli mətbuata açıqlamasında deyib.

69 yaşlı mütəxəssis 25 yaşlı hücumçunun müalicəsinin davam etdiyini bildirib: "Artıq müalicənin diaqnostika mərhələsi tamamlanıb. O, tam hazır olmasından ötrü maksimum səy göstərir".

Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun evdə "İstra 1961" komandasını 4:1 hesabı ilə məğlub etdiyi ölkə çempionatının III tur matçından sonra zədələnib.
 
///Report
OXŞAR XƏBƏRLƏR