‘Dinc sakinlər arasında ölən və yaralananlar var’ - Millət vəkili

‘Dinc sakinlər arasında ölən və yaralananlar var’ -  Millət vəkili
SİYASƏT
17:19 02.04.2016
1906
"Dünən - aprelin 1-dən 2-nə keçən gecə erməni separatçı qüvvələri cəbhənin Tərtər istiqamətində növbəti dəfə atəşkəsi pozub. Gecə saatlarından başlayaraq bu hal daha da intensivləşib. Ağır texnikalardan, iri çaplı silahlardan güclü şəkildə istifadə olunması yerli əhali üçün gözlənilməz olub və böyük təhlükə yaradıb. Dinc sakinlər arasında ölən və yaralananlar var".
Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Milli Məclisin deputatı, Azərbaycan "Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İdarə Heyətinin üzvü Rövşən Rzayev deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etməsinə baxmayaraq qarşı tərəf atəşkəs rejiminin tələblərinə riayət etmir: "Azərbaycanın məsələnin ərazi bütövlüyü çərçivəsində dinc və ədalətli yolla həll edilməsi cəhdlərinə əks tərəf daim təxribatlarla cavab verir.
Ermənistan dövlətinin apardığı işğalçılıq və təcavüzkar siyasət münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur. Ona görə də bu atışmaların dərhal qarşısı alınmalı, ATƏT-in Minsk qrupuöz fəaliyyətini təcili gücləndirməlidir. Sülh danışıqları prosesi davam etdirilməlidir. Beynəlxalq təşkilatlar məsələyə münasibət bildirməli, atəşkəs bərpa olunmalıdır. Əks halda münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarana bilər və münaqişə regionda daha ağır nəticələrə səbəb olar. Bunun isə məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laçının bir neçə kənd və qəsəbəsinin qurulması istiqamətində işlər aparılır
09:50 28.05.2025
Laçının bir neçə kənd və qəsəbəsinin qurulması istiqamətində işlər aparılır
Polşa səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi
09:47 28.05.2025
Polşa səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi
Özbəkistan XİN Azərbaycan xalqını 28 May – Müstəqillik Günü ilə bağlı təbrik etdi
09:46 28.05.2025
Özbəkistan XİN Azərbaycan xalqını 28 May – Müstəqillik Günü ilə bağlı təbrik etdi
Messi və Suares futbol klubu təsis ediblər
02:50 28.05.2025
Messi və Suares futbol klubu təsis ediblər
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
02:27 28.05.2025
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
01:49 28.05.2025
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
00:48 28.05.2025
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb