Dindar həyat yoldaşı axtaranlara xoş xəbər

MARAQLI
06:29 05.02.2011
2123

"Muslimlife" adlı internet portalına üzv olanların əksəriyyəti Almaniya, Hollandiya, Avstriya, İsveçrə və Türkiyədə yaşayan şəxslərdir. Şimal Afrika və Səudiyyə Ərəbistanından olan subayların da daxil olduğu bu sayt xüsusilə Avropada dindar müsəlman həyat yoldaşı tapmaq istəyənlərin böyük marağına səbəb olub.


İnternet saytında, "İslami dəyərlərə malik olan və bu əsaslarla yaşayanlara həyat yoldaşlarını tapmaqda kömək edildiyi" bildirilir.

"Qapılarımızı bağlamırıq"

Lakin buna baxmayaraq saytın idarəçilərindən biri Qədir Ucal digər dinlərə mənsub olanlara da qapılarını bağlamadıqlarını qeyd edib. Ucal, "Biz din ayrı-seçkiliyi etmirik. Təbii ki biz müəyyən bir kütləyə xidmət edirik, bizdə üzv olanların əksəriyyəti müsəlmanlardır. Amma dini aidiyyətə görə üzvlərimizi seçmirik, bizdə hər bir kəs qeydiyyatdan keçə bilər. Amma bizim müsəlman olmayan üzvümüz varmı?! " deyə qeyd etmişdir.

Dostlarım israrla "mənə həyat yoldaşı tap" deyirdi

Bu portalın yaradıcıları olan Qədir Ucal və Cüneyd Tirgil, proyekti İngiltərədə olan dostlarına həyat yoldaşı tapmaqda kömək etməkdən ötrü yaratdıqlarını qeyd ediblər.

Qadınlardan daha az pul alınır

Saytı qurduqlarında hələ şagird olan Qədir və Cüneyd üçün həyat yoldaşı tapma portalı vaxt keçdikcə gəlir mənbəyinə çevrilmişdir. Qeyd edək ki, portalda kişilər aylıq 19,90 avro, qadınlar isə 10 avro pul ödəyir.

 

OXŞAR XƏBƏRLƏR