Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsi Səyyad Salahlıya həvalə olundu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsi Səyyad Salahlıya həvalə olundu
SOSİAL
15:17 16.02.2024
198
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, indiyədək Komitənin sədri Mübariz Qurbanlı idi. O, yeni hökumətin tərkibində yer almayıb.
OXŞAR XƏBƏRLƏR