DİNİB milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı tədbir keçirdi

DİNİB milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı tədbir keçirdi
SOSİAL
14:54 12.10.2022
178
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) "Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması" adlı layihəsi çərçivəsində Azərbaycan Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecdə növbəti tədbirini keçirib.
 
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Daha sonra tədbiri giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. Müasir dövrdə milli dəyərlərə qarşı çıxmaq təşəbbüsləri olduğu üçün belə vacib məsələni daim diqqətdə saxlamaq zərurəti yaranmışdır. Bu dəyərlərin qorunub saxlanılması hər birimizin borcu olduğunu nəzərə alaraq təşkilatımız bu mövzuda tələbə və gənclərlə görüş və konfranslar keçirməyi qarşısına məqsəd qoymuşdur. Gələcəyin müəllimləri ilə bu mövzunu müzakirə etmək çox aktual və önəmlidir. Günay Hacıyeva həmçinin  dövlətin təməl daşı olan ailə dəyərlərinin qorunub saxlanılması mövzusuna da toxundu. Sağlam ailə münasibətləri cəmiyyət üçün faydalı vətəndaşların yetişdirilməsinin əsas özəyidir.
 
Azərbaycan Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru İsrail İsgəndərov qonaqları salamladıqdan sonra qeyd etdi ki, milli – mənəvi dəyərlərin qorunması cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısı və qoruyucusudur. Natiq çıxışına davam edərək prezident İlham Əliyevin sözünü gənclərin diqqətinə çatdırdı: "Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir”. Azərbaycan xalqı da öz milli – mənəvi dəyərləri ilə böyük inkişaf yolu keçib və gənc nəsillərə də bu dəyərlər ötürülmüşdür. Xalqımızın tarixən qazandığı nailiyyət və keyfiyyətlər bizim milli-mənəvi dəyərlərimizdir.  Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafına kömək edən davranış qaydalarıdır.
 
"Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, mənəvi dəyərlərimizin inkişafı, qorunması üçün ədəbiyyatımızın , musiqimizin rolu da inkar edilməzdir. Bu mənada milli-mənəvi sərvətlərin qorunub saxlanılmasında , həmçinin Azərbaycan – UNESCO əlaqələrinin inkişafında Heydər Əliyev fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd etdi. Qeyd etdiklərimizdən belə bir nəticə çıxır ki, milli-mənəvi dəyərlərimizə, tariximizə, ədəbiyyatımıza, dilimiz və dinimizə bağlılığımız Azərbaycan müxtəlif sivilizasiyalararası və dinlərarası dialoqun keçirilməsi üçün ideal məkan seçilməsi müxtəlif beynəlxalq qurumlarla inkişaf edən xəttlə əməkdaşlığını şərtləndirir.
 
Azərbaycan Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin direktor müavini Nigar Şirəliyeva çıxışında bugünki gənclərin, xüsusilə də qızlarımızın düzgün vətəndaş yetişdirilməsində rolundan danışıb. Bəzən mənəvi dəyərlər dedikdə, sadəcə, dini dəyərlər və yaxud əxlaqı dəyərlər başa düşülür. Ancaq əslində mənəvi dəyərlərin əhatəsi çox genişdir. Yəni, dil, din, mədəniyyət, bayraq, himn, adət-ənənə - hamısı mənəvi dəyər hesab olunur. Məhz Azərbaycan dövlətinin məqsədi də milli-mənəvi dəyərlərimizi daim qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir.
 
"Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) İdarə Heyətinin üzvü, Vidadi Məmmədov çıxış edərək bildirib ki, tarixin süzgəcindən keçmiş milli-mənəvi dəyərlərimizin qloballaşma dövründə qorunub saxlanılması hər bir azərbaycanlının mənəvi borcu və vəzifəsidir. Natiq çıxışına davam edərək, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə verdiyi qiyməti nümünə olaraq gənclərin diqqətinə çatdırdı: "Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik".
 
Tədbir tələbələrin sualları və maraqlı çıxışları ilə yekunlaşıb.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir