Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) "Qərbi Azərbaycan - Qədim Yurd” adlı layihənin icrasına başlayıb.
AZXEBER.COM xəbər verir ki, layihənin əsas məqsədi cəmiyyətə Qərbi Azərbaycana qayıdış ideologiyasını təbliğ etməkdir.
3 ay davam edəcək layihədə vətəndaşların iştirakı ilə Ağstafa, Tovuz və Şəmkir şəhərlərində konfransların və müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Eyni zamanda, təşkilatın məqsədi layihə çərçivəsində dövlətin bu yöndə apardığı siyasətə ictimai birlik olaraq töhfə vermək, ictimaiyyət arasında maarifləndirmə işlərini aparmaq, yerli və beynəlxalq ictimaiyyətə təbliğ etmək, qayıdış prosesinə dəstək olmaqdır.