"Diqlas"ın idarəçisi: "Heç birinizin siğortası yoxdur" - VİDEO

"Diqlas"ın idarəçisi: "Heç birinizin siğortası yoxdur" - VİDEO
SOSİAL
16:44 27.03.2019
5987

"Diqlas”ın idarəçilərindən olan Araz Rəhimov ticarət mərkəzinin önündə sahbikarlarla görüşüb.

AZXEBER.COM xəbər verir ki, zərərçəkmişlər önündə çıxış edən Rəhimov problemlə bağlı sahibkarlarla görüşəcəyini bildirib: "Mən burada yox idim. Təyyarədən düşüb gəlmişəm. Əməliyyat üçün getmişdim. Biz bura bir-birimizə dəstək olmaq üçün yığışmışıq. Bu gün kimisə günahkar çıxarsınlar, bununla məsələ həllini tapmayacaq. Biz sizə dəstək olaq, siz də bizə. Bu gün gedib sahibkarlarla görüşəcəm. Sizin malınız yanıb, mənim evim yanıb. Heç kimin də sığortası yoxdur. Bizim qədər siz də ziyan çəkmisiz. Sahibkarlarla görüşək, onlara problemi deyək. Sahibkar kompensasiya verməyəndən sonra mən kiməm ki? Mən idarəçiyəm. Deyirlər ki, mallar sığortalanmayıb. Məndə yardım edəcək imkan yoxdur. Dövlət də deyəcək ki, sığortaları yoxdur. Sahibkarlarla görüşüm, görək dəstək olurlarmı? Olmurlarsa, mən də sizə qoşulum. Məni, Rasimi tutsalar, guya nə olacaq ki? Mən əlimdən gələni edəcəm”. Mənim gümanım budur ki, obyekt tez bir zamanda bərpa olunsun. Camaata işləməyə şərait yaradılsın. Mən təklif edirəm ki, təmirdən sonra sizdən icarə haqqı almayaq, ziyanınızı belə çıxarın”.
 

OXŞAR XƏBƏRLƏR