Sahibi Beso Mçedmişvili şirkətin qurulmasının məqsədlərini açıqlayıb: “Biz evdə kişi işlərini görülməsi üçün ehtiyacı olan subay qadınlara kömək etmək istəyirik. Çünki hansısa kiçik təmir işlərində, sınan qapı-pəncərənin düzəldilməsində qadınların kişilərə ehtiyacı olur. Tək yaşayan qadınlar hər xırda şey üçün qohum-qonşuya ya da ustaya üz tuturlar. Onlara kömək üçün ev işlərindən başı çıxan kişiləri icarəyə veririk. İcarənin 1 saatının qiyməti 13 avrodur”.
Şirkət sahibi müraciət edən bəzi qadınları kişiləri başqa məqsədlə kirayə götürmək istədiklərini deyib.