Eyni zamanda o, Bufordun yeganə sakinidir. 32 ildən bəri bu "şəhər"də təkbaşına yaşayanSammonsBufordu tərk etmək niyyətindədir.Buford aprelin 5-də keçiriləcək hərracda satılacaq.Əsası 1866-cı ildə qoyulmuş bu şəhərcik Birləşmiş Ştatlardakı Vətəndaş Müharibəsinin qəhrəmanı general Con Bufordun şərəfinə belə adlanır.Sammonsun dediyinə görə, 1980-ci ildə arvadı ilə birlikdə Buforda köçüb və burada ticarət mərkəzini satın alıb."Arvadım 16 il əvvəl dünyasını dəyişib. 27 yaşlı oğlum isə 4 il əvvəl Koloradoya köçüb. Burada tək qalmışam. Tam təkəm, tənhayam", - 60 yaşlı Sammons deyib.Evindən 200 metr aralıdakı dükanında sutkanın 10 saatını keçirən Sammonsun dediyinə görə, yay aylarında gündə 1000-ə yaxın müştəri olur. Qışda isə müştərilərin sayı gündə 100 nəfərə düşür.Bufordu satın alacaq şəxs və ya şirkət yanacaqdoldurma stansiyası, dükan, 1905-ci ildə tikilmiş məktəb binası, salon, qaraj, 0,1 hektar ərazi, üç yataqlı evə yiyələnəcək.Şəhərin ilkin satış qiyməti 100 min dollardır.