DİQQƏT! Bakıda bu yol sürüşmə səbəbindən hərəkətə bağlandı

DİQQƏT! Bakıda bu yol sürüşmə səbəbindən hərəkətə bağlandı
SOSİAL
20:43 24.11.2019
26524
Yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb.  

AZXEBER.COM xəbər verir ki, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə, 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.  

Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.  

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaları, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri ilə bağlı xəbərdarlıq edilib. 

OXŞAR XƏBƏRLƏR