Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 şaxta, gündüz 0 dərəcə yaxın, axşam 2 dərəcəyədək şaxta proqnozlaşdırılır. Yollar buz bağlayacaq. Axşam çovğun olacağı ehtimalı var. Azərbaycanın rayonlarına gəlincə, yanvarın 27-də arabir qar yağacağı gözlənilir, bəzi yerlədə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlədə duman, arabir güclənən qərb küləyi əsəcək. Mərkəzi Aranda gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 2-6 dərəcə şaxta proqnozlaşdırılır. Yollar buz bağlayacaq.