Diqqət! Günəşdə güclü partlayış olacaq!

DÜNYA
20:06 07.07.2012
3078

Azxeber.com-un verdiyi məlumata görə, «Ar1515» adlı nəhəng günəş ləkəsində iyulun 2-də plazma atılması olub. 

Plazma atılması yerə cüzi təsirlə ötüşüb. Ancaq planetimizə şüalanma təsir edib ki, bunun da nəticəsində Avropada radio əlaqəsi pozulub. Sdo aparatından əldə edilən siqnallara görə, X-sinifinə aid partlayış gözlənilir. Bu partlayışın əvvəlki partlayışlarla müqayisədə on dəfələrlə böyük olacağı gözlənilir. X-sinif günəşdəki partlayışların ölçülməsində istifadə edilən şkalada ən yüksək zirvədir. Partlayışın təsiri planetimizdə 10-11 iyul tarixlərində hiss ediləcək. Bu zaman bəzi fəsadlarda yarana bilər. Belə ki, partlayış nəticəsində yerdə transformatorlar, kompüter şəbəkəsi və mobil əlaqə pozula bilər. Bundan əlavə NASA-nın «SDO» laboratoriyası günəşin üzərində yeni iri ləkə müəyyüən edib.

OXŞAR XƏBƏRLƏR