DİQQƏT! Telefonunuzda bu linklərə daxil olmayın - VİDEO

SOSİAL
11:04 16.09.2020
407
Yəqin ki, sizin də telefonunuza reklam xarakterli, haradan, kimdən gəldiyi bəlli olmayan sms-lər daxil olur. Bu sms-lərin əksəriyyətində isə link göndərilir. Həmin linklər hətta sizin şəxsi məlumatlarınıza və qazancınıza da müdaxilə edə bilər. Bəs bu tip linkləri necə tanımalı və onlardan necə qorunmalıyıq?

Baku Tv mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sms-də tələb olunur ki, həmin linkə daxil olasan və problem də elə bundan sonra başlayır. Belə ki, bu sms-lərdə olan viruslar istifadəçinin məlumatlarını oğurlaya, hətta istifadəçini kartdakı puldan da məhrum edə bilər.

Mütəxəssislər bu tip sms-lərə daha çox sosial şəbəkə istifadəçilərinin rastlaşdığını bildirir. Çox zaman bu linklər məşhur sosial şəbəkə adlarına uyğun hazırlanır. İstifadəçilər isə adətən bu sms-lərə aldanırlar. İT mühəndisləri isə birmənalı şəkildə bu tip sms-lərdən uzaq durmağı, telefona gələn hər sms-də qeyd olunan informasiyaya aldanmamağı məsləhət görürlər.

Telefonumuz varsa və sosial şəbəkə istifadəçisiyiksə, bu təhlükə ilə hər zaman üz-üzə qalacağıq. Təhlükədən uzaq qalmaq isə bizim özümüzdən asılıdır. Mütəxəssislərin məsləhətlərinə əməl etsək, nə şəxsi məlumatlarımız oğurlanar, nə də ki pulumuz.
 

OXŞAR XƏBƏRLƏR

X Mostbet