"Bu dövrdə hər şeyin "həddindən artıq” variantı ilə qarşılaşa bilərik".
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında etdiyi paylaşımda bildirib.
O, öz paylaşımında bildirib:
" Yupiter yanacaq. Yupiterin yanması isə astrologiyada heç yaxşı hal kimi qarşılanmır. Çünki planet yandırıldıqda onun təmsil etdiyi məsələlər əslində külə çevrilir. Yanma da belə bir şeydir. Planet faydalı bir şəkildə fəaliyyət göstərmir.
Bu hal bizə təqdim olunacaq imkanları və şansları tam dərk etməməyimizə səbəb ola bilər.
Həddindən artıq idman, həddindən artıq yemək, həddindən artıq qaçış, həddindən artıq xərcləmə edə bilərik.
Hər şeyin artıqlığı qarşımıza gələ bilər. Olduqca diqqətli olmalıyıq.
Xüsusilə Yupiter universal maliyyə göstəricisi olduğu üçün daşınmaz əmlakla bağlı məsələlərdə pul xərcləyərkən diqqətli olmaq faydalıdır. Yupiterin yanması da xariclə bağlı məsələlərdə problemlər, çətinliklər və böhranlara səbəb ola bilər. Məlumat əldə etməkdə çətinliklər ola bilər".
Oksana