İsmət Qayıbov adına Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Fəyaz Məmmədov işdən çıxarılıb.
Məktəbin müəllim kollektivi Fəyaz Məmmədovun işdən çıxarılmasına etiraz etsə də, istəklərinə nail olmayıblar.
Sumqayıt şəhər Təhsil Şöbəsindən məlumatı təsdiqləyiblər. Şöbədən verilən məlumata görə, Fəyaz Məmmədov öz ərizəsi ilə vəzifəsindən çıxıb. Onu məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini Təranə Atakişiyeva əvəz edəcək.
///AzNews.az