Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

SOSİAL
17:24 25.09.2020
216

Cari ilin 28 sentyabr tarixindən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start veriləcək.

Təhsil Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Müsabiqə dörd mərhələdən ibarətdir: elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə.

Müsabiqəyə elektron sənəd qəbulu mərhələsi 28 sentyabr – 2 oktyabr, test imtahanı mərhələsi oktyabr ayının birinci yarısında, müsahibə mərhələsi noyabr-dekabr aylarında, vakansiyalara yerləşdirilmə isə 2021-ci ilin yanvar ayında həyata keçiriləcək.

Qeyd edək ki, direktorların işə qəbulu imtahanları ənənəvi olaraq,  Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID 19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə ilə bağlı hər hansı sual yarandığı təqdirdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +99470 248 19 92 "Whatsapp” nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:21 23.10.2020

Hərbi xidmətə çağırılanlardan koronavirus testi götürülür

10:19 23.10.2020

Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

10:14 23.10.2020

Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı - Yaqut Qarayeva

09:51 23.10.2020

İslam aləminin ən böyük alimlərindən biri maşınına bomba qoyularaq qətlə yetirildi

09:42 23.10.2020

“Meşə sahəmizin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir”

09:36 23.10.2020

Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı

09:25 23.10.2020

Bakıda 2 gün dezinfeksiya işləri aparılacaq

09:10 23.10.2020

Ermənistan ordusunda növbəti biabırçılıq - VİDEO

08:39 23.10.2020

Erməni hərbçiləri fərarilik edərək mövqeləri tərk edirlər

08:38 23.10.2020

Füzuli, Cəbrayıl və Qubadlıda vacib ərazi və yüksəkliklər ələ keçirilib - RƏSMİ

08:24 23.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

23:59 22.10.2020

Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışıb

23:48 22.10.2020

"Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür"

23:26 22.10.2020

"Makkabi" - "Qarabağ" matçında hesab açıldı

23:19 22.10.2020

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik orduya gedib çıxsın - Səhiyyə Nazirliyi

22:58 22.10.2020

"Makkabi" və "Qarabağ"ın start heyətləri açıqlandı