Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO
SOSİAL
22:29 24.07.2026
917
Bakıda yerləşən 56 nömrəli məktəbin 9-cu sinif şagirdi istəmədiyi halda məktəb direktoru tərəfindən peşə məktəbinə yönləndirilir.

Bu iddia ilə şagirdin dayısı Kərim Şərifov  "Xəzər Xəbər"ə müraciət edib.

Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə təhsil alan Ramiz Quliyevin dayısı Kərim Şərifovun  sözlərinə görə, məktəb rəhbərliyi şagirdi peşə təhsilinə yönləndirir. Bunu nə şagirdin özü, nə də ailəsi istəyir.

Şagird Ramiz Quliyev peşəkar idman karyerası qurmaq üçün 11-ci sinfə qədər oxumaq istəyir.

Məsələ ilə bağlı məktəbdən bildirildi ki, 9-cu sinifində təhsil alan Ramiz Quliyev həm məktəbdaxili, həm də mərkəzləşmiş buraxılış imtahanlarında aşağı nəticə göstərib. Şagird mümkün 300 baldan 46 bal toplayaraq hər üç fənn üzrə "iki", yəni "qeyri kafi” qiymət alıb. Bununla bağlı valideynlə bir neçə dəfə söhbət aparılıb, şagirdin təhsilini digər istiqamətdə davam etdirməsi tövsiyə olunub.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq 9 illik təhsil icbari xarakter daşıyır. Şagirdlər öz seçimlərinə əsasən, 9 illik təhsil səviyyəsini bitirib, sonra maraq və potensiallarına uyğun olaraq peşə təhsili və ya digər müəssisələrdə öz təhsillərini davam etdirə bilərlər. Bu baxımdan IX sinif buraxılış imtahanlarındakı nəticələrinə uyğun olaraq müvafiq şagirdlərin peşə təhsili müəssisələrinə yönləndirilməsi ilə bağlı valideynlərlə keçirilən görüşlər zamanı onlara müvafiq tövsiyələr verilir, uşaqların gələcəyinin düzgün dəyərləndirilməsi imkanları diqqətə çatdırılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH