Moskvalı qadınının ağıl dişinin çıxarılması zamanı təsadüfən çənəsi sındırılıb.
Hadisə Moskva şəhərində yerləşən stomotoloji mərkəzlərdən birində qeydə alınıb. Elena adlı xanım çətin vəziyyətdə olan ağıl dişini çəkdirmək üçün stomatoloqa müraciət edib. Diş demək olar ki, sümüyün üzərində yerləşirmiş.
Prosedurdan əvvəl ona KT müayinəsi edilib. Dişin çəkilməsinə təxminən 30 dəqiqə qalmış qəfil bir səs eşidilib və kəskin ağrı yaranıb. Stomatoloq dişin sındığını düşünüb və onu çıxarıb, lakin məlum olub ki, diş bütöv imiş.
Bundan sonra qıza daha bir rentgen müayinəsi edilib və çənəsinin sındığı aşkarlanıb. O, stomatoloq və onun assistenti ilə birlikdə üz-çənə cərrahiyyəsi şöbəsinə gedib və burada sınıq təsdiqlənib.
Xəstəxanada onun çənəsinə səkkiz ştift yerləşdirilib və çənəsi məftillə sabitlənib. Bu konstruksiyaya görə qız ağzını demək olar ki, aça və normal danışa bilmir. Buna görə bütün bu müddət ərzində yalnız duru qidalar — püre, şorbalar və digər yeməkləri borucuq vasitəsilə qəbul edir.
Xəsarət səbəbindən moskvalı qadın təxminən bir ay işdən uzaq qalmalı olub. Həkimlər konstruksiyanı çıxara və ştiftləri yalnız oktyabrın əvvəlində götürə biləcəklər.
//Bizim.media










































