Diş həkimi pasientlərə narkoz verib, bihuş edərək təcavüz edib
AZXEBER.COM xarici KİV-ə istinadən bildirir ki, sözügedən hadisə Belçikada baş verib. İddialara görə 48 yaşlı adı açıqlanmayan diş həkimi 3 xəstəsi tərəfindən məhkəməyə verilib.
Belə ki, pasientlərin şikayətinə görə, həkim həddindən artıq narkoz verib, onları bihuş edərək təcavüz edib.
Məhkəmə qarşısına çıxan həkim 5 il müddətinə həbs olunub. Onun eyni zamanda Belçika Diş Həkimləri Dərnəyi tərəfindən həkimlik haqqı da əlindən alınıb.
Leyla Rəhimli