Zamanla dişlərimiz təbii ağlığını itirərək saralmağa başlayır. Dişlər saralandan sonra diş pastası təsir göstərmir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, təbii üsullardan istifadə edərək saralmış dişlərdən asanlıqla xilas olmaq olar.
Həmin üsulları təqdim edirik:
Banan qabığı : Banan qabığı ilə dişlərinizi ağartmaq üçün yediyiniz bananın qabığını dişlərinizə çəkmək kifayətdir. Banan qabığını dişlərinizə zərif təzyiqlə sürtün. Bu proses təxminən 2 dəqiqə davam etdikdən sonra ağzınızı su ilə yaxalaya və dişlərinizi normal şəkildə fırçalaya bilərsiniz.
Bu prosedurla dişlərinizdəki saralmadan qısa müddətdə asanlıqla xilas ola bilərsiniz.
Oksana