“Disney Plus” erməni lobbisinə boyun əydi: Atatürk serialı ilə bağlı diqqətçəkən iddia

“Disney Plus” erməni lobbisinə boyun əydi: Atatürk serialı ilə bağlı diqqətçəkən iddia
DÜNYA
12:54 01.08.2023
316
Yunan mediası ötən il "Disney Plus”da yayımlanan "Atatürk" serialının bütün dünyada yayımlanması planının yarımçıq qaldığını iddia edib.

 
AZXEBER.COM xəbər verir ki, keçən il oktyabrın 28-də treyleri yayımlanan serial xüsusilə erməni lobbisinin böyük reaksiyasına səbəb olmuşdu.  Məhz buna görə də bir çox təşkilatlar "Disney Plus”a təzyiq göstərməyə başlamışdılar. 

Yunan mediasında və erməni lobbisinə yaxın sosial media hesablarında yer alan xəbərlərdə serialın bütün dünyada yayımının dayandırıldığı, yalnız film şəkilində Türkiyədəki kinoteatrlarda yayımlanacağı iddia edilib. 

"Disney Plus”ın Türkiyədəki səlahiyyətliləri mövzu ilə bağlı açıqlama verməsələr də, sözügedən iddia ilə bağlı yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcəyi gözlənilir. 
 

Ayşən

 

 


OXŞAR XƏBƏRLƏR