DJ Fateh 106.3 radiosuna 'ilişdi' - STATUS

DJ Fateh 106.3 radiosuna
MEDİA
20:25 13.11.2012
2260
Azəbaycanın ən tanınmış DJ-lərindən olan Fateh rəsmi “facebook” səhifəsində aparıcısı olduğu şounun baş prodüserini təbrik edib. AZXEBER.COM-un məlumatına görə, təbrikdə deyilir: “Bizim səhər şoumuzun baş prodüseri Aytənin radiomuza gəlişindən 3 il ötür! O, saysız-hesabsız müəlliflərimizi və dinləyicilərimizi bir araya toplayan, heç vaxt heç kimi və heç nəyi səhv salmayan, son 3 ildə apardığım bütün verilişlərin yüksək reytingini və qüsursuz keyfiyyətini təmin etmiş əjdaha bir peşəkardır. Aytən yeganə insandır ki, verilişlərimlə bağlı tənqidini qəbul edirəm”.DJ Fateh statusunun son hissəsində isə ölkənin ən reytinqli radiolarından olan 106.3-ə “ilişib”: “Bütün bunlarla bərabər, bu 3 ildə mənə xəsarət yetirmədiyini və hələ də sağ qalmağımı nəzərə alsaq, həm də möhkəm əsəb sisteminin sahibidir. Aytən, çox sağ ol ki, varsan! Sənsiz mən indi 106.3-də-zadda işləyirdim”.DJ-in son cümləsi dostları tərəfindən də birmənalı qarşılanmayıb. Bəziləri bunu gülüşlə, bəziləri isə təəcüblə qarşılayıb.
OXŞAR XƏBƏRLƏR