Medvedev Ukraynanı 4 dövlət arasında bölən xəritə paylaşdı: Hər kəs bundan danışır - FOTO

Medvedev Ukraynanı 4 dövlət arasında bölən xəritə paylaşdı: Hər kəs bundan danışır - FOTO
DÜNYA
13:14 28.07.2022
1564
"Ukrayna 4 ölkə arasında bölünüb” deyən Medvedevin paylaşdığı xəritələr gündəm olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının (SB) vitse-prezidenti Dmitri Medvedevin sosial mediada paylaşdığı xəritələr gündəm yaradıb. 

Ukraynanın Rusiya, Polşa, Rumıniya və Macarıstan olmaqla 4 ölkə tərəfindən bölündüyünü iddia edən Medvedev paylaşdığı Avropa xəritəsinə "Qərb analitiklərinin gözlədiyi gələcək” qeydini yazıb.

Medvedevin göstərdiyi ikinci xəritədə Ukraynanın yalnız Kiyev bölgəsindən ibarət olduğu, digər bölgələrin isə Rusiya, Polşa, Rumıniya arasında bölündüyü görünüb.
 
Ayşən
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR