Dmitri Peskov: "ABŞ-dan yazılı cavab gözləyirik"

DÜNYA
15:13 17.01.2022
368
"Rusiya təhlükəsizlik sahəsində konkret olaraq gələcək müxtəlif fəaliyyət ssenarilərini nəzərdən keçirir, ancaq bu, ABŞ-ın variantlarından azdr”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın 17-də jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya indiki şəraitdə öz təhlükəsizliyini təmin etmək istəyir: "Biz ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın dediklərindən bilirik ki, ABŞ-ın 18 ssenarisi var. Biz də müxtəlif variantları nəzərdən keçiririk”.

D.Peskov bildirib ki, ABŞ-dan bu həftə öz fikirlərini yazılı şəkildə təqdim etmələrini gözləyirlər.
 
///Report

OXŞAR XƏBƏRLƏR