Dmitri Peskov: Rusiya NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməyib

Dmitri Peskov: Rusiya NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməyib
DÜNYA
20:09 21.02.2025
1177
Rusiya Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə aparılan danışıqlar zamanı NATO qoşunlarının Şərqi Avropadan çıxarılması tələbini irəli sürməyib.

AZXEBER.COM "Report"a istinadən xəbər verib ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Xeyr, bu, həqiqətə uyğun deyil”, - o bildirib.

Ötən gün Rumıniya Prezidentinin müdafiə və milli təhlükəsizlik üzrə müşaviri Kristian Diakonesku Rusiya tərəfinin Səudiyyə Ərəbistanında danışıqlar zamanı bu məsələni qaldırdığını bəyan edib.
OXŞAR XƏBƏRLƏR