Dmitro Kuleba: “Rusiya müharibəni masada bitirməkdə maraqlı deyil”

Dmitro Kuleba: “Rusiya müharibəni masada bitirməkdə maraqlı deyil”
DÜNYA
18:14 30.03.2023
195
"Rusiya müharibəni masada bitirməkdə maraqlı deyil”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

Onun sözlərinə görə, Rusiyanın addımları göstərir ki, bu dövlət savaşa diplomatik yolla son qoymaq istəmir: "Bunu Rusiya döyüş meydanında həll etmək niyyətindədir”.

Kuleba həmçinin söyləyib ki, tezliklə danışıqlar mərhələsinin başlanması üçün Ukrayna ordusu daha da güclənməlidir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR