DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

SOSİAL
17:16 04.04.2020
388

Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi çərçivəsində aprelin 5-dən ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilməsi qərara alınıb. Bu hərəkət məhdudiyyətləri, o cümlədən ölkədə olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək.

Bu barədə "Report"a DMX-dən məlumat verilib.

Bildirilib ki, bu zaman əcnəbi yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidir. SMS-də müvafiq indeks və əcnəbinin şəxsiyyətini təsdiq edən məlumat göstərilməlidir.

Əcnəbilərin barədə zəruri məlumatlar aşağıdakılardır: 

- müvəqqəti və ya daimi yaşayanlar üçün – müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);

- müvəqqəti olma müddəti uzadılmışlar üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);

- olduğu yer üzrə qeydiyyata alınanlar üçün – olduğu yer üzrə qeydiyyat barədə bildirişin (qeydiyyatın) nömrəsi.

Olduğu yer üzrə qeydiyyata alınan, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilən əcnəbilər yuxarıda qeyd olunan sənədlərin nömrəsini əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən "müraciətlərin izlənilməsi” elektron xidmətindən (https://eservice.migration.gov.az/public/application-track) istifadə edə bilər. Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatarın daxil edilməsi vacibdir.

Müvəqqəti və daimi yaşama icazəsi verilən, lakin icazə vəsiqələrini əldə edə bilməyən şəxslər qanunvericilikdə nəzərdə tutulan dövlət rüsumunu ödədikdən sonra müvafiq vəsiqələrin seriya və nömrələri onların elektron poçt ünvanına göndəriləcək.

Qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat üçün əcnəbilər Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yarada, həmçinin suallarını Xidmətin "facebook” hesabına göndərə bilərlər. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:28 04.06.2020

Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı

18:23 04.06.2020

Bu gündən Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı

18:20 04.06.2020

ÜST rəsmisi Azərbaycanda yoluxmanın artmasının səbəbini açıqladı

18:08 04.06.2020

Daxili və xarici uçuşların bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA

17:49 04.06.2020

TƏBİB sədri özəl qurumlara müraciət etdi: İşçiləri 14:00-da buraxın!

17:47 04.06.2020

Başqa xəstəliklərdən ölənlərə pulla koronavirus arayışı verilir? OPERATİV QƏRARGAHDAN CAVAB

17:39 04.06.2020

Jurnalistlər həftə sonları necə işləyəcək? - RƏSMİ AÇIQLAMA

17:37 04.06.2020

Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

17:35 04.06.2020

Qadağa günlərində insanlar dərmanı necə alacaq? - RƏSMİ CAVAB

17:22 04.06.2020

Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı - RƏSMİ

17:21 04.06.2020

TƏBİB sədri: "Həftəsonları qadağanın tətbiqi yetərli deyil"

17:19 04.06.2020

Şəhriyar Məmmədyarov “AccessBank”ın depozit kampaniyasının simasıdır

17:11 04.06.2020

Son Dəqiqə - Azərbaycanın hava limanları iyulun 1-ə qədər bağlı qalacaq

17:04 04.06.2020

Daha 262 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü

17:00 04.06.2020

Azərbaycanda nazirlər iclasa maska ilə getdi - FOTO

16:54 04.06.2020

“Əgər Prezident özü tibbi maska taxırsa, ...” - Partiya sədri