Rusiya ordusu Ukraynanın Dnepr şəhərində növbəti irimiqyaslı raket hücumu həyata keçirib.
AZXEBER.COM xəbər verir ki, Dnepr şəhərindəki hündürmərtəbəli binaya raket hücumu nəticəsində 14 nəfər ölüb, 73 nəfər yaralanıb.
Bu saata qədər xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıb. Axtarış əməliyyatı davam etdirilir.
Dnepr sakini Rusiya raketinin evinə düşməsindən sonra möcüzəvi şəkildə sağ qalıb.
Qız hücum zamanı hamamda olub və möcüzə şəkildə sağ qala bilib.
Onun fotosunu təqdim edirik:











































