Dodaq dolğusu etdirən qadının başına iş gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dodaqböyütmə əməliyyatı etdirən 24 yaşlı gənc qadın üzündəki dəyişikliyi paylaşıb.
Dodaqlarının vəziyyətindən çox qorxan qadın botoks üçün təyin etdiyi görüşü də ləğv edib.
Belə ki, ABŞ-ın Las-Veqas şəhərində yaşayan 24 yaşlı Basia Query imicini dəyişmək üçün dodaq dolğusundan istifadə etmək istəyib. Daha əvvəl iki dəfə dolğu etdirən gənc qadın bu prosesi üçüncü dəfə təkrarlamaq istəyib. Prosedurdan dərhal sonra Querynin dodaqları bir neçə dəqiqə ərzində şişməyə başlayıb və normal dodaq ölçüsünün 3-4 qatına qədər böyüyüb.
Prosedurdan sonra dodaqlarının halını sosial şəbəkədə paylaşan qadına çoxlu şərhlər yazılıb.
Ayşən