Uzun müddətdir ekranlardan uzaq düşən məşhur türkiyəli aktyor Burak Hakkı "Youtube” proqramında qonaq olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çanaqqalanın Güneyli kəndində fermada yaşayan Hakkı setlərdəki sıx iş saatlarının onu yorduğunu və buna görə aktyorluqdan uzaqlaşdığını açıqlayıb.
Burak Hakkı yaxın dostu Kıvanç Tatlıtuğun da aktyorluqdan sıxıldığını deyib:
"Kıvanç Tatlıtuğ mənim dostumdur, onu çox bəyənirəm və onu çox uğurlu hesab edirəm. Onda da eyni yorqunluğu bir dəfə görmüşdüm. Hətta aktyorluqdan uzaqlaşacağını dediyi zamanlar da olmuşdu. Məndə də o dövr olub. Deyəsən, aktyorlarda bu çox olur. Aktiv işlədiyim vaxtlarda 16-17 saat çəkilişdə olurduq. Bir müddət sonra mental olaraq çökürsünüz".
Aysel