«Doktor Canpolad Klinikası» və onun rəhbərliyi övlad arzusunda olan ailələrə kələk gəlir

«Doktor Canpolad Klinikası» və onun rəhbərliyi övlad arzusunda olan ailələrə kələk gəlir
SAĞLAMLIQ
13:54 08.06.2016
16625
Baş həkim Canpolad İmanov vətəndaşların ümidlərini puça endirib, onları xeyli xərcə salsa da, dərdlərinə çarə ola bilməyib 2011-ci ildə fəaliyyətə başlayan «Doktor Canpolad Klinikası» və onun baş həkimi androloq Canpolad Teyuf oğlu İmanovun adı müxtəlif vaxtlarda mətbuatın əsas tənqid hədəflərindən birinə çevrilib. 
Bunun əbəs yerə baş vermədiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada qeyd olunur ki, Canpolad İmanov indiyədək çoxlu sayda insanın ümidlərini puça endirib, onları xeyli xərcə salsa da, dərdlərinə çarə ola bilməyib. Beləliklə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 68 (Bakıxanov Ticarət Mərkəzi tərəf, «Arzu» şadlıq evinin arxası) ünvanında yerləşən «Doktor Canpolad Klinikası»nda qarın boşluğu orqanlarının, sidik-ifrazat sistemi orqanlarının, qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulometriya (transabdominal və transvaginal), süd vəzilərinin, kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal və transrektal), xayaların, endokrin sistem: süd vəzisinin, qalxanabənzər vəzi, böyrəküstü vəzilər, pankreas, yumurtalıqların, ağız suyu vəziləri, limfa düyünləri, yumşaq toxumaların və exokardioqrafik ultrasəs müayinəsinin, o cümlədən dölün USM-inin həyata keçirildiyini bildirən mənbənin sözlərinə görə, təxminən 3 il bundan əvvəl həkim səhlənkarlığının qurbanı olduğunu iddia edən İsmayıllı rayonu, 
Kürdmaşı kənd sakini Tünzalə İsmayılova qeyd edib ki, telekanallardakı reklamları görəndən sonra sonsuzluq problemi ilə bağlı «Laçın» klinikasına müraciət edib: «Məlumat üçün bildirək ki, Canpolad İmanov o zaman adıçəkilən tibb müəssisəsinin baş həkimi olub. O, Tünzalə İsmayılovanı qəbul edib və deyib ki, müayinədən sonra problemin həll olub-olunmadığını dəqiq biləcək. Deyilənlərə görə, ilkin müayinə 800 manata başa gəlib. Ondan sonra baş həkim uşağın olacağına tam zəmanət verib. 02.05.2011-ci tarixindən 30.06.2011-ci il tarixədək Tünzalə İsmayılova klinikada təyin olunmuş bütün müalicələri qəbul edib. Arada klinikanın genekoloqu Lalə xanıma xəstənin qohumları xəbərdarlıq edir ki, başqa xəstəxanada «UZİ» müayinəsi zamanı Tünzalənin süd vəzlərində kiçik şişlər aşkarlanıb. Bəs sonsuzluqdan müalicə fəsad verə bilərmi? Lalə xanım xəstənin qohumlarını sakitləşdirir ki, bu adi haldı, heç bir fəsad ola bilməz. Nəticədə sonsuzluğa görə müalicə İsmayılovlar ailəsinə 5 min manatdan yuxarı başa gəlir. Bu pulun 2580 manatı klinikanın kassasına ödənilib. Qalanı isə reseptlərə və həkimlərə verilib. Lakin müalicənin heç bir xeyri olmayıb. Məsələnin maraqlı tərəfi ondadır ki, Canpolad İmanov Tünzalə İsmayılovaya övladının olacağına dair söz versə də sonda «Allah vermədi, olmadı da» deməklə kifayətlənib». Məlumatlı şəxs qeyd edir ki, uşaq olmaması bir yana, klinika həkimlərinin səhlənkarlığı ağır nəticə verib: «Belə ki, xəstənin süd vəzlərindəki şişlər fəsad verməyə başlayıb. 
Nəticədə Tünzalə İsmayılova 08.07.2011-ci il tarixdə Milli Onkologiya İnstitutunda əməliyyat olunub. Canpolad İmanov isə xəstəyə dəymiş maddi və mənəvi ziyanı ödəməkdən boyun qaçırıb». Mövzu ilə bağlı əldə etdiyimiz başqa bir informasiyada isə deyilir ki, bir müddət əvvəl «Doktor Canpolad Klinikası»na müraciət edən vətəndaşlardan birinin də başına oyun açılıb. Belə ki, Canpolad İmanovun baş həkimi olduğu klinikada gənc ailənin arzularını puç ediblər: «Reklamlarda gördüyümüz «Doktor Canpolad Klinikası»na müraciət etdik. Ailə qurmağımızdan xeyli vaxt keçməsinə baxmayaraq, övladımız olmurdu. «Lider» telelviziyasında doktor Canpolad İmanovun danışdığını gördüm. Həkim dönə-dönə vurğulayırdı ki, xəstələri şəxsən özü qəbul edir və yüz faiz müalicə edir. Amma belə olmadı. Klinikada müalicə aldığımız müddətdə bir dəfə də olsun Canpolad İmanovu görmədik. Klinikada ilk müayinə zamanı müəyyən problemlərimizin olduğunu dedilər və onlarla müayinədən keçirdilər. Bir neçə ay müalicə olduqdan sonra göstəricilərim daha da zəiflədi. Mən sual etdim ki, niyə belə oldu? Həkimlər dedilər ki, bu hal müalicə ilə əlaqəlidir, bir az keçdikdən sonra düzələcək. Lakin getdikcə vəziyyət daha da acınacaqlı oldu. 
Klinikada 2 min manatdan çox pulum çıxdı və səhhətimdə ciddi problemlərlə klinikadan uzaqlaşdım». Bu arada, Canpolad İmanovun bundan əvvəl «URUD» adlı klinika açdığını və bir müddət işlədikdən sonra həmin klinikanın bağlandığını vurğulayan mənbə bildirir ki, baş həkim bir müddət sonra öz adına uyğunlaşdırdığı «Doktor Canpolad Klinikası»nı açıb və eyni əməlləri burada təkrarlamağa başlayıb: «Deyilənlərə görə, müxtəlif telekanallarda durmadan özünü və sahibi olduğu klinikanı reklam edən, lakin bir o qədər də peşəkar tibb işçisi kimi xarakterizə olunmayan Canpolad İmanov əvvəllər dəf çalan olub, tibb sahəsinə sonradan baş vurub. Məsələnin maraqlı tərəfi ondadır ki, buna baxmayaraq, Səhiyyə Nazirliyi əhalini adlatmaqla, övlad həsrətilə alışıb-yanan ailələrə kələk gələn «Doktor Canpolad Klinikası» və onun rəhbərliyilə bağlı hələ də müvafiq tədbirlərə əl atmayıb. Görünür, Canpolad İmanov nazirlikdə kimlərləsə «dil tapmağı» bacarır…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.comMənbə: Gündəlik-Bakı qəzeti
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım