Dollar qalxdı, Bakının məşhur supermarketi bağlandı - FOTO

İQTİSADİYYAT
15:53 21.12.2015
4795
Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bank manatın üzən məzənnə siyasətinə keçdiyini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.
Bu xəbərin ardınca Bakının məşhur supermarketlərindən olan "Gross market" qapılarını müştərilərinin üzünü bağlayıb.
AZXEBER.COM-un məlumatına görə, marketin bağlanmasına səbəb qiymətlərin bahalaşması ilə əlaqədardır. Belə ki, market rəhbərliyi kommersiya maraqlarını üstün tutaraq, marketi bağlayıb.

OXŞAR XƏBƏRLƏR