Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 8-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən AZXEBER.COM-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 2,8% möhkəmlənərək 1,8252 səviyyəsində müəyyən olunub.
Ötən gün isə USD/AZN rəsmi məzənnəsi 1,8769 səviyyəsində müəyyənləşmişdi.
Qeyd edək ki, dünən AMB-də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb.