ABŞ-nin Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.
Bu barədə TASS məlumat yayıb.
FED 2025-ci ildə ABŞ-də inflyasiya proqnozunu 2,5%-dən 2,7%-ə qaldırıb.
Qurum həmçinin cari ildə ABŞ-nin ÜDM artımı ilə bağlı proqnozunu 2,1%-dən 1,7%-ə endirib.
///Oxu.AZ